Gömrük orqanları təxminən 1,6 milyon rus rublu və $4 min məbləğində xarici valyutanın qanunsuz olaraq Azərbaycan ərazisindən çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
““Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9500 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib”, - deyə məlumatda bildirilir.
Nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin salonunda olan gödəkçənin cibində gömrük nəzarətindən gizlədilən 1 milyon 548 min rus rublu, vətəndaşın üzərindən isə $4 min aşkar edilib.*
N.Abbasova