Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa Şurasının insan hüquqları üzə komissarı Dunya Miyatoviçi bölgədəki cari hadisələri qiymətləndirərkən qərəzsiz olmağa çağırır.
Avropa Şurasının mətbuat xidməti bu gün Miyatoviçin Prezident İlham Əliyevə ünvanladığı məktubun mətnini yayıb. O, məktubunda qeyd edib ki, “ilk fürsətdə Azərbaycana səfər etməyə hazırdır. Ancaq mandatına uyğun olaraq ona ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində insan haqlarına aidiyyəti olan bütün yerlərə çıxış verilməlidir”.
“2021-ci il 20 aprel tarixli məktubun komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına aldığı, bunun komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi vurğulanmalıdır. Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması onun “barışıq və barışığın təşviq edilməsi” kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Əksinə, bu, bölgədə mehriban qonşuluq münasibətləri qurmaq prosesini riskə atan revanşist dairələri cəsarətləndirir”, - deyə XİN-in açıqlamasında bildirilir.
XİN komissarı mandatının tələb etdiyi kimi, qərəzsiz olmağa, Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırıb.*
X.Nəsirzadə