Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan tərəfi Ermənistanla sərhəddə lazımi infrastruktur işləri aparır.
“Sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhədin uzunluğu 500 kilometrə yaxındır. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib”, - deyə dövlət başçısı sərhədçilərlə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan-İran sərhədi də tam bərpa edilib.
“Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır”, - deyə prezident əlavə edib.*
X.Nəsirzadə