Azərbaycan prezidenti İlham Əliyev Qarabağ regionunda Zəngilanda beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirak edib.
“Bu hava limanının uçuş-enmə zolağının uzunluğu 3 km təşkil edəcək. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini də qəbul edə biləcək”, - Əliyev deyib.
Onun sözlərinəgörə, Zəngilanda hava limanının inşası bu regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün imkan yaradacaq.
Əliyev vurğulayıb ki, Qarabağda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 3 aeroportun inşası planlaşdırılır.
“Hazırda Füzuli rayonunda hava limanının inşası uğurla davam etdirilir. Bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik", - prezident qeyd edib. **
A.Əzizov