Prezident İlham Əliyev Horadiz-Zəngilan avtomagistral yolunun təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsində də olub.
O qeyd edib ki, kənddən dəmir yolu keçirdi və vağzal da olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər onu dağıdıblar.
“Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”, - deyə dövlət başçısı vurğulayıb.*
B.Rüstəmbəyov