Azərbaycanda koronavirus infeksiyasına 1307 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 315,119 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 806 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4429 nəfərə çatıb.
Virusa yoluxmuş 282,786 min nəfər (sutka ərzində +2 383) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 904 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649 (ötən gün 5 732 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 206,917 min test aparılıb.*
X.Nəsirzadə