Aprelin 27-də Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər müzakirə edilib. Bundan başqa, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə görüş formatında keçirilməsinə dair razılığa gəlinib.*
R.Əhmədov