"Azərişıq” ASC Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən mövcud 35/0,4 kV-luq yarımstansiyanın əvəzinə tikilən 35/10 kV-luq yeni yarımstansiyada avadanlıqların quraşdırılmasıa 877 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "Azərişıq” «Azelektro Service Co» MMC ilə müvafiq müqavilə imzalayıb. Şirkət müsabiqə əsasında seçilib.
Müqavilənin dəyəri 876 min 841,53 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova