Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti daşınmaz əmlakın idarəetmə sisteminin(o cümlədən “billinq” sisteminin) proqram təminatının hazırlanması və“Güzəştli mənzil” sisteminə inteqrasiyasına "R.İ.S.K.Elmi İstehsalatŞirkəti" QSC-ni cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, MİDA "R.İ.S.K.” ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 449,58 min manatdır.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.**
B.Rüstəmbəyov