Azərbaycan Mərkəzi Bankı və Mastercard beynəlxalq kart təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə AMB-dən məlumat verilir.
Memorandum Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə imzalanıb.
“Rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir”, - məlumatda deyilir. **
Ə.Məmmədov