RF-nin Yaroslavl vilayətiAzərbaycana ixracı artırmağı və azərbaycanlı istehsalçılarla əməkdaşlğı genişləndirməyi planlaşdırır.
Yaroslavl regionunun hökumətinin sədr müavini Maksim Avdeyev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının iclasında bildirib ki, 2020-ci ilin yekunları üzrə Azərbaycan Yaroslavl vilayətindən $8 milyon dəyərində məhsul idxal edib.
“Azərbaycan vilayətimizin əsas 20 xarici ticarət tərəfdaşları sırasına daxildir. Ötən il bu istiqamətdə ixracın həcmi təxminən $8 milyon təşkil edib”, - Avdeyev qeyd edib.
Öz növbəsində, Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin direktoru Qalina Penyaqina qeyd edib ki, 2020-ci ilin sentyabr ayında Rusiya tərəfi Azərbaycana biznes missiya təşkil edib. Missiya zamanı bəzi Yaroslavl müəssisələri tərəfdaşlar taparaq məhsullarının tədarükünə başlayıblar.
“Pandemiya ümumi planlara düzəlişlər daxil etsə belə, biz bu istiqamətdə fəaliyyəti davam etdiririk. Nəqliyyat logistikası, turizm axınının inkişafı, imzalanan biznes müqavilələrinin həcminin artırılması ümumi maraqlar sahəsinə daxildir”, - Penyaqina qeyd edib.
O, həmçinin əlavə edib ki, hazırda Bakı və Yaroslavl arasında hava əlaqəsinin təşkilinə dair danışıqlar aparılır. **
X.Nəsirzadə