2020-ci ildə Rusiya İxrac Mərkəzi (RİM) Rusiya-Azərbaycan layihələrinə $183 milyondan artıq maliyyə dəstəyi göstərib. Bu barədə “RİM” SC-nin baş direktoru Veronika Nikişina bəyan edib.
“RİM qrupu Rusiya-Azərbaycan layihələrinə maliyyə dəstəyi göstərir. Belə ki, 5 il əzrində dəstəyin həcmi 2 milyard dollar, ötən il isə - $183 milyon artıq təşkil edib. Biz iki ölkənin qarşılıqlı biznes maraqlarını görürük, bu il həmin rəqəmin artıq olacağına ümid edirik”, - Nikişina Moskvada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 19-cu iclasında bildirib.
O qeyd edib ki, cari ilin yanvar-fevral aylarının yekunları üzrə Rusiyadan Azərbaycana qeyri-xammal qeyri-enerji ixracı 20% artıb.
“Bu gün Rusiyanın bir sıra iri ixrac layihələri var, misal üçün, 350 milyon rubla yaxın ümumi məbləğdə 100 ədəd yük vaqonu tədarükü. Üçüncü rübdə artıq ilk partiya göndəriləcək”, - “İnterfaks-Azərbaycan” Mərkəzin məlumatına istinadən xəbər verir.
RİM-in baş direktoru vurğulayıb ki, Azərbaycanla sıx əməkdaşlıq formalaşır. Misal üçün, “QAZ” və “KAMAZ” qrupunun Azərbaycan ərazisində istehsalının təşkili layihəsi.
“O cümlədən, aprelin 23-də Rusiyanın tikinti sənayesi şirkətlərinin Azərbacana biznes missiyası təşkil olunmuşdu. Missiyanın yekunları üzrə Rusiyanın 11 şirklətindən 7-si artıq kommersiya təkliflərinin formalaşmasına dair detallı danışıqlar aparır”, - Nikişina məlumat verib.
2021-ci ilin sentyabr ayında RİM XI Rusiya-Azərbaycan Regionlarası Forum çərçivəsində daha bir biznes missiya təşkil edəcək. **
B.Rüstəmbəyov