Azərbaycanda koronavirus infeksiyasına 1402 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 316,521 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1307 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 461 nəfərə çatıb.
Virusa yoluxmuş 285,024 min nəfər (sutka ərzində +2 238) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 36 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194 (ötən gün 11 649 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 218,111 min test aparılıb.**
X.Nəsirzadə