Azərbaycanda koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunanların sayı 502,569 min nəfər təşkil edir.Bu barədə Operativ Qərargahdanməlumat verilir.
Məlumata əsasən, aprelin 28-nə vurulan vaksinlərin ümumi sayı 1 milyon 456,114 min ədəd təşkil edir.
Azərbaycanda əhalinin sayı 10,1 milyon nəfəri ötür. Beləliklə, əhalinin 4,95%-i vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Peyvəndləmənin 2021-2022-ci illərdə mərhələli şəkildə aparılması planlaşdırılır. İndiyədək əhalinin 14%-i birinci mərhələ üzrə vaksinasiya olunub.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir.
Bundan başqa, Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında müqavilə imzalayıb. Həmçinin “AztraZeneca” şirkətinə məxsus 432 min doza vaksinin idxalı haqqında müqavilə bağlanıb (84 min doza artıq gətirilib). COVAX platforması çərçivəsində də vaksinin alınması planlaşdırılır.**
X.Nəsirzadə