"SOCAR Turkiye” şirkəti (SOCAR şirkətinin Türkiyədəki törəməsi) Böyük Britaniyanın «International Finance» jurnalının iki kateqoriyada “International Finance Awards” mükafatına layiq görülüb.
“Petkim” “Dövriyyə kapitalının ən yaxşı idarə olunması” kateqoriyasında “International Finance Awards” mükafatına layiq görülüb. Öz növbəsində, “SOCAR Turkey Natural Gas Business”in maliyyə məsələləri üzrə direktoru Betül Sarıkaya “Maliyyə məsələləri üzrə ən yaxşı xanım direktor” kateqoriyasında mükafata layiq görülüb”, - şirkətin məlumatında deyilir.
“Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodu “Petkim” yüksək keyfiyyətin təminatı və bu prosedə STAR NEZ ilə inteqrasiya hesabına neft-kimya xammalına fasiləsiz tələbatın təminatında üstünlüyə malikdir. Bununla da, “Petkim” logistik xərclərə mühüm dərəcədə qənaət edib. Həyata keçirilən səmərəliliyin artırılması və rəqəmsallaşma layihələrinə əlavə olaraq, Petkim valyuta və faiz riskləri və maliyyə alıtlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin otpmallaşdırılması və dövriyyə kapitalının effektiv idarə edilməsi hesabına çox uğurlu maliyyə nəticələri əldə edib”, - məlumatda “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in maliyyə məsələləri üzrə vitse-prezidenti və “Petkim”in maliyyə direktoru Elçin İbadovun sözlərindən sitat gətirilir.
O xatırladıb ki, 2020-ci ilin yekunları üzrə “Petkim”in əməliyyat mənfəəti 2019-cu illə müqayisədə 21% - 1,9 milyard türk lirəsinə qədər artıb və vurğulayıb ki, şirkətin məhz ehtiyatların, debitor borcları, pul vəsaiti və borcların idarə olunması sahəsində göstəriciləri şirkətə “Dövriyyə kapitalının ən yaxşı idarə olunması”na görə mükafat əldə etməyə imklan verib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.
“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.
Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz tədarük edir. **
N.Abbasova