Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeni Azərbaycana səfərədəvət etdi.
Çərşənbə günü Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş zamanı Əliyev Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyi barədə məlumat verdi.Həmçinin, dövlət başçısı bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərinə toxundu.
O cümlədən, prezident qeyd edib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzi fəaliyyət göstərir. Bu, MDB regionunda ilk bu cür mərkəzdir.
Əliyev Dünya İqtisadi Forumunun prezidentini Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət etdi. **
B.Rüstəmbəyov