Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli münasibətləri, insan haqları və Dağlıq Qarabağda vəziyyəti müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.
“Dövlət katibi regionun bütün sakinlərinin maraqları çərçivəsində Dağlıq Qarabağda davamlı siyasi nizamlanma üzərində iş üçün ATƏT-in Minsk qrupunun həmsədərlərinin davam edən səylərinin əhəmiyyətini qeyd edib”, - Dövlət Departamentinin bəyanatında deyilir.
Məlumata əsasən, o cümlədən, Blinken və Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın dəyişilməz olaraq vacibliyini qeyd ediblər. Dövlət katibi isə, öz növbəsində insan haqları və fundamental azadlıqlara riayət olunmanın zəruriliyini vurğulayıb. **