2021-ci il iyunun 14-də “Xalq Həyat” sığorta şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə sığorta şirkətinin elanında deyilir.
“Yığıncaqda şirkətin 2020-ci il üçün maliyyə hesabatlarının təsdiq edilməsi planlaşdırılır”, - deyə elanda bildirilir.
Vergilər Nazirliyi 2018-ci il noyabr ayının 23-də “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb. Sığorta şirkətinin nizamnamə kapitalı 15 milyon manat təşkil edir.*
Ə.Məmmədov