2021-ci ilin yanvar-mart aylarında 18 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $330,703 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-mart aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($52,5 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($40 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “SOCAR Polymer” ($48,2 milyon), “Azəralüminum” MMC ($37 milyon), “AzerGold” QSC ($32 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($21,2 milyon), “Azərenerji” ASC ($16,1 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1 milyon) və “Azəripək” MMC ($0,603 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “P-Aqro” MMC ($15 milyon), “Azerbaijan International Mining Company” ($10,4 milyon), “Baku Steel Company” MMC ($10,4 milyon), “Sun Food” MMC ($10,3 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($9 milyon), “Metal Trade Ltd” MMC ($7,2 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($6,5 milyon), “Cristal Fruit” MMC ($6,1 milyon) və “AQROVEST” MMC ($5,8 milyon) daxildir.
Azərbaycan I rübdə $501,5 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova