“Azərbaycan Hava Yolları” (AZAL) QSC cəmiyyətə məxsus hava gəmilərinin, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortasının satın alınması ilə əlaqədar açıq tender keçirir. Bu barədə QSC-nin elanında deyilir.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tender təklifləri iyunun 17-dək qəbul olunur. Təkliflər iyunun 18-də açılacaq.*
Ə.Məmmədov