Azərbaycan hökuməti cari ilin II rübündə dövlət büdcəsindən 10 siyasi partiyaya 948 min manat məbləğində vəsait ayırıb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Dövlət büdcəsindən vəsait alan partiyalar arasında hakim Yeni Azərbaycan Partiyası da var.
Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.
Azərbaycanda 50-dən çox siyasi partiya qeydiyyata alınıb.
2021-ci dövlət büdcəsindən siyasi partiyalara 4 milyon manata yaxın məbləğdə vəsaitin ayrılması nəzərdə tutulub. I rübdə 10 partiyaya 857,5 min manat məbləğində vəsait ayrılıb.*
X.Nəsirzadə