Nazirlər Kabineti bir sıra emal olunmamış gönlərin ixracı üçün gömrük rüsumlarının azaldılmasına dair qərar qəbul edib.
Qərara əsasən, qoyun dərisinin (pikellənmiş, yunsuz, emal edilməmiş) 1000 kq-ı üçün ixrac gömrük rüsumu 500 ABŞ dollarından 150 ABŞ dollarına endirilib.
Bundan başqa, qoyun gönündən aşılanmış dəri və ya krastın (yunsuz, nəm halda) 1000 kq-ı üçün ixrac gömrük rüsumu 150 ABŞ dollarından 50 ABŞ dollarına qədər azaldılıb.
Qərar aprelin 28-də hökumətin saytında dərc olunub və 30 gün sonra qüvvəyə minəcək.*
Ə.Məmmədov