Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğu uzunmüddətli əsasda təmin edilməlidir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və atəşkəsə nail olunması Rusiya tərəfinin səyləri nəticəsində mümkün olub. Bu prosesə Rusiya prezidenti Vladimir Putin böyük töhfə verib. Hesab edirik ki, indiki mərhələdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğu uzunmüddətli əsasda təmin edilməlidir. Bu, Dağlıq Qarabağın erməni əhalisinin sülh və təhlükəsizliyinin təminatıdır”, - deyə Qriqoryan Düşənbədə KTMT-nin üzvü olan ölkələrin TŞ rəhbərləri komitəsinin iclasında bildirib.*