Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ərzaq məhsulları üzrə daxili bazar araşdırmalarının aparılması üçün “Sage Solutions” MMC-ni cəlb edib.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə müvafiq müqavilə bağlanıb.
Müqaviləyə əsasən, “Sage Solutions” MMC göbələk istehsalı, pomidor emalı, mini konserv istehsalı və nehrə yağının istehsalı və qablaşdırılması sahəsində araşdırmalar aparacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov