Rusiyanın baş naziri Mixail Mişustin Ermənistan hökumətinin başçısı Nikol Paşinyana Rusiya prezidenti Vladimir Putinin salamını çatdırıb.
Mişustin vurğulayıb ki, Rusiya Ermənistanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu münasibətlər uzun illərə əsaslanan müttəfiqlik və strateji xarakter daşıyır.
Rusiya hökumətinin başçısı qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdikləri bəyanat birgə iş üçün böyük imkanlar yaradıb.
“Bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar regionun davamlı inkişafına şərait yaradacaq”, - deyə o qeyd edib.*