Azərbaycanda koronavirus infeksiyasına 1392 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 317,913 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1402 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4490 nəfərə çatıb.
Virusa yoluxmuş 287,298 min nəfər (sutka ərzində +2 274) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 26 min 125 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756 (ötən gün 11 194 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 229,867 min test aparılıb.*
Ə.Məmmədov