Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın əvvəlində Bakıya və Yerevana səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Mövcud razılaşmalara uyğun olaraq Rusiya XİN başçısı mayın 5-6-da Ermənistanda, mayın 10-11-də isə Azərbaycanda işgüzar səfərdə olacaq. Ermənistan və Azərbaycan rəhbərlikləri ilə danışıqların aparılması planlaşdırılıb, təmaslar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin müzakirə edilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.*