Azərbaycn və İsrail hökumətləri ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə prioritet istiqamətləri müəyyən ediblər.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu istiqamətlər Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair imzalanan protokolda qeyd olunub.
Xüsusilə, enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsrrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İclasda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadiyyatın müxtəlif sahələrində iki ölkə arasında uğurlu əməkdaşlığı qeyd edib. O, həmçinin vurğulayıb ki, İsrail Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Cabbarov qeyd edib ki, yaxın zamanlarda İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması planlaşdırılır.
İsrailin xarici işlər naziri Qabi Aşkenaziöz növbəsində bildirib ki, İsrail Bakı ilə əməkdaşlığa böyük önəm verir. O, həmçinin ölkələr arasənda siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin stabil inkişafını qeyd edib. **
X.Nəsirzadə