Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması barədə qərar qəbul edib. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov cümə günü mətbuat konfransında bəyan edib.
Dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.
Bu qərar 30 aprel tarixindən qüvvəyə minib.
AMB-nin sədrinin qiymətləndirmələrinə görə, faiz dəhlzinin parametrləri üzrə növbəti qərarlar risk balansının dəyişilməsi, iqtisadi fəaliyyətin makroiqtisadi sabitliyin hədəfləri ilə dəstəklənməsi məqsədilə prioritetlərin tarazlaşdırılmasına uyğun olaraq qəbul ediləcək.
“AMB mandatına uyğun olaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyini dəstəkləmək və inflyasiyanı bəyan olunmuş hədəf göstərici çərçivəsində saxlamaq məqsədilə bütün mümkün tədbirlər görəcək”, Rüstəmov qeyd edib.
AMB-nin uçot dərəcəsinin paramentrləri üzrə növbəti iclası 18 iyun tarixinə planlaşdırırlır. **
Ə.Məmmədov