Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin yekunları üzrə ölkədə inflyasiyanı 4±2% səviyyəsində gözləyir. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“AMB-nin İdarə Heyətinin ötən iclasından keçən dövr ərzində inflyasiya gözləntilərinin bir qədər artmasına baxmayaraq, ilin yekunkları üzrə inflyasiyanın 4±2% hədəf diapazonunda olacağını gözləyirik”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib. **
Ə.Məmmədov