“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
“2020-ci ildə 4,3% azalmadan sonra, 2021-ci ildə Azərbaycanda real ÜDM-in artımı 2,5%-dək bərpa olacaq”, - agentlik qeyd edir.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 3,45 səviyyəsində proqnozlaşdırır.
“Moody`s” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır. “S&P Global Ratings” agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,1% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19-a görə məhdudiyyətlər və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən 4,3% təşkil edib. **
A.Əzizov