Azərbaycan prezidenti İlham Əliyev cümə günü Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu.
Dövlət başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.
Bundan başqa, həmsöhbətlər Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə və Azərbaycan Respublikası-Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə ediblər. **
X.Nəsirzadə