Azərbaycanın valyuta bazarında vəziyyət stabil olaraq qalır. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“2021-ci ilin yanvar ayında nağd və nağdsız xarici valyutaya olan tələbatın bir qədər artmasına baxmayaraq, hazırda ölkənin valyuta bazarında vəziyyət stabil olaraq qalır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən dövr ərzində ARDNF banklara planlaşdırılandan $140 milyon az xarici valyuta satıb.
“Bu, ölkədə valyuta bazarının balanslaşdırılmış olaraq qaldığını və manatın məzənnəsinə heç bir təzyiqin olmadığını nümayiş etdirir. AMB bazarda heç bir müdaxilə həyata keçirmir”, - Rüstəmov əlavə edib.
Banklarda xarici valyutaya satışa məhdudiyyətlər barədə sualı şərh edərn Rüstəmov qeyd edib ki, AMB banklar barəsində heç bir requlyativ tələblər təsdiq etməyib və bu məhdudiyyətlərə bankların daxili tələbləri səbəb ola bilər. **
Ə.Məmmədov