Azərbaycan Mərkəzi Bankı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi ilə əlaqədar idarələrarası müzakirələri davam etdirir. Bu barədə AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoruKəmalə Qurbanova bəyan edib.
“Biz Maliyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalarnazirlikləriilə müzakirələri sona çatdırmışıq. Lakin layihədə bir sıra açıq qalan məsələlər var, hazırda Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə müzakirələr davam edir”, - Qurbanova cümə günü mətbuat konfransında “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, layihə üzrə müzakrələri may ayında sona çatdılrmaq planlaşdırılır, bundan sonra hazır qanun layihəsi aidiyyəti instansiyalara təqdim olunacaq.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbulu müxtəlif ödəniş xidmətləri göstərən şirkətlərin rəqabət qabiliyyətini artırmağa, həmçinin onların maliyyə allətlərinə çıxışını genişləndirməyə imkan verəcək. O cümlədən, bu qanunun qəbulu Azərbaycanda açıq bankinqi tətbiq etməyə, həmçinin fintex şirkətlərinə ölkənin ödəniş ekosistemində fəal iştirak etməyə imkan verəcək. **
Ə.Məmmədov