Azərbaycanda koronavirus infeksiyasına 1 196 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 319,109 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1392 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 517 nəfərə çatıb.
Virusa yoluxmuş 289,46 min nəfər (sutka ərzində +2 162) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min132 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319 (ötən gün 11 756 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 241,186 min test aparılıb.**
Ə.Məmmədov