Bazar günü COVİD-19 koronavirus əleyhinə Rusiyanın 40 min doza “Sputnik V” vaksini Azərbaycana gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovjurnalistlərə bildrib ki, bu, Azərbaycana gətirilən Rusiya istehsalı olan vaksinin ilk partiyasıdır.
“May ayı ərzində Rusiya vaksinin ikinci partiyasının gətirilməsi gölzənilir”, - o əlavə edib.
Diplomatın qeyd etdiyi kimi, Rusiya vaksinin effektivliyi 97% təşkil edir və 64 ölkədə qeydiyyatdan keçib.
İmzalanan müqaviləyə əsasən, ümumilikdə 300 min doza “Sputnik V” vaksini Azərbaycana gətiriləcək. **
X.Nəsirzadə