Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib ki, “Xəzəryanı beşliyin” Xəzər Sammitini keçirmək ideyası var, lakin bu tədbirin keçirilməsi koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacaq.
“Xəzər Sammitini keçirmək ideyası var, hələlik zaman ilə əlaqədar qeyri-müəyyənlik qalmaqdadır. Hər şey pandemiyadan asılıdır”, - Xələfov bazar günü jurnalistlərə bildrib.
Xəbər verildiyi kimi, Altıncı Xəzər Sammitinin 2021-ci ildə Türkmənistanda keçirilməsi planlaşdırılır, lakin dəqiq tarix hələlik məlum deyil. **
R.Əhmədov