Rəsmi Bakı Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası məsələsi ilə əlaqədar Moskva ilə müzakirələrin yay aylarında aktivləşməsinə ümid edir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası prosesi davam edir. Ötən il pandemiya ilə əlaqədar bəzi tədbirləri təxirə salmağa məcbur olduq. Ümid edirik ki, bu il, yay aylarında bu istiqamətdə fəallığı artıracağıq”, - Xələfov azar günü jurnalistlərə bildirib.
Azərbaycan-Rusiya Birgə DemarkasiyaKomissiyasının son iclası 2019-cu il 27-29 noyabr tarixlərində Moskvada keçirilib. Bakı yaxn 2-3 il ərzində RF ilə sərhədin demarkasiya prosesini sona çatdırmağı ümid edir. **
R.Əhmədov