Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib ki, AzərbaycanRespublikası iləGürcüstanarasında dövlətsərhədinin delimitasiyasıvə demarkasiyası üzrə DövlətKomissiyasının iclaslarının keçirilməsi koronavirus COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətdən asılıdır.
“Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesi davam edir. Nümayəndə heyətləri arasında müxtəlif formatlarda fikir mübadiləsi aparılır. Lakin Komissiyanın iclaslarının kçeirilməsi pandemiya ilə bağlı vəziyyətdən asılıdır”, - Xələfov bazar günü jurnalistlərə bildirib.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər 1996-cı ildən aparılır. Bu proses çərçivəsində tərəflər dövlət sərhədinin 480 km-lik hissəsinin 314 km-ni razılaşdırıblar. Komissiyanın sonuncu iclası 2019-cu il mayın sonunda Bakıda keçirilib.
2019-cu il iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir edib.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
İyulun 15-də Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. XİN iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndirib.
İyulun 16-da xarici işlər nazirinin müavini X.Xələfov qeyd edib ki, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub.
O bildirib ki, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib.
"Keşikçidağ" monastır kompleksi Azərbaycan ərazisində yerləşir. Bununla belə, Gürcüstan ictimaiyyətinin nümayəndələri bu kompleksin onlara aid olduğunu iddia edir və daim hər iki ölkənin sərhədində müxtəlif insidentlər törədirlər.**
R.Əhmədov