Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçilər seçir.
Seçim təkliflər sorğusu üsulu ilə 2 lot üzrə keçirilir və 3 istiqaməti əhatə edir: “Bal və arıçılıq məhsulları istehsalı”, “Meyvə qurularının və meyvə pürelərinin istehsalı”, “HORECA sahəsi üzrə şirniyyat ehtiyacları”.
I lotda iştirak haqqı 100 manat, II lotda - 50 manatdır.
Təkliflər 6 may saat 11:00-dək qəbul olunur. Təklif zərfləri 7 may saat 11:00-da açılacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov