“Azərişıq” ASC 6/10/0,4 kV-luq xətlərində elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylaşımı məqsədi ilə qurğuların tədarükçüsünü seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı 300 manatdır.
Tender təklifləri 7 iyun saat 11:00-a qədər qəbul olunur. Tender proseduru 8 iyun saat 11:00-da baş tutacaq.
Telefon: 440-39-93 (daxili: 28-85).
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova