2021-ci ilin I rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 769,6 min ton yük daşıyıb ki, bu da 2020-ci ilin yanvar-mart aylarının göstəricisinə nisbətən 7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
Yük daşımalarının 1 milyon 901,6 min tonu beynəlxalq daşımaların (artım 15,4%) payına düşüb.
Hesabat dövründə tranzit yük daşımları 10,9% artaraq 1milyon 285,6 min ton, daxili yük daşımaları isə 18,6% azalaraq 582,3 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2020-ci ildə ADY COVID-19 pandemiyası ilə əlaqədar yük daşımalarını 3,9% - 14 milyon 631,5 min tona qədər azaldıb. Bununla yanaşı, tranzit yük daşımalarının həcmi 8,8% artaraq 4 milyon 130,8 min tona çatıb.*
B.Rüstəmbəyov