Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar işlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən Energetika Nazirliyinə $1 milyon 391,040 min ayrılacaq.
Müvafiq sərəncam bu gün Prezident İlham Əliyev tərəfindən imzalanıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin göstərəcəyi xidmətlərin haqqının ödənilməsinə yönəldiləcək. Məsləhətçinin cəlb edilməsi ilə Energetika Nazirliyi məşğul olur.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.*
N.Abbasova