Bakı və Ankara İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra bölgədə öz imkanlarını genişləndirdilər. Bu sözləri Prezident İlham Əliyev deyib.
“İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq”, - deyə dövlət başçısı mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır.*
B.Rüstəmbəyov