“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2021-ci ilin I rübünün yekunları üzrə 476,232 min sərnişin daşıyıb ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 56% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
Yanvar-mart aylarında sərnişin daşımalarının ən böyük həcmi (438,965 min nəfər, azalma 48,3%) şəhərətrafı marşrutların payına düşüb.
Hesabat dövründə beynəlxalq marşrutlar üzrə sərnişin daşımaları həyata keçirilməyib.
2021-ci ilin yanvar-mart aylarında daxili marşrutlar üzrə 37,267 min nəfər (azalma 81,7%) daşınıb.
B.Rüstəmbəyov