2020-ci il noyabrın 10-dan Qarabağda 2 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan 2021-ci ilin aprel ayınadək 2 min 28 hektar ərazi təmizlənib. Bu müddətdə piyada əleyhinə 7086 ədəd mina, tank əleyhinə 3574 ədəd mina və 7943 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə