Azərbaycanda koronavirus infeksiyasına 418 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 321,798 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 058 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4580 nəfərə çatıb.
Virusa yoluxmuş 294,784 min nəfər (sutka ərzində +1095) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 22 min 434 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 180 (ötən gün 8 777 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 267,835 min test aparılıb.*
N.Abbasova