2020-ci ildə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xalis məfəəti 3,7 dəfə- 2 milyon 224,786 min manatadək azalıb.
Bu məlumatlar Agentliyin 2020-ci ilin yekunları üzrə maliyyə hesabatında qeyd olunur.
Hesabata əsasən, bu dövrdə Agentliyin gəlirləri 12 milyon 522,416 min manat təşkil edib (artım 6,4%).
2021-ci il yanvarın 1-nə EMTA-nın aktivləri 18 milyon 379,063 min manat həcmində qiymətləndirilir (artım 13,5%). Həmçinin, cəmiyyətin uzunmüddətli aktivləri 6 milyon 473,123 min manat, qısamüddətli aktivləri – 11 milyon 905,94 min manat həcmində qiymətləndirilir. Uzunmüddətli aktivlərin əsas hissəsi daşınmaz əmlak, tikililər və avadanlığın payına düşüb, hansılar ki, 2020-ci ildə 6 milyon 430,712 min manat təşkil edib (azalma 0,1%).
2020-ci ilin sonuna Agentliyin kapitalı 17 milyon 385,578 min manat (artım 14,7%), səhmdar kapitalı – 7 milyon 914,367 min manat (dəyişməyib), toplanmış zərəri – 9 milyon 471,211 min manat təşkil edib (artım 30,7%).
Hesabat dövrünün sonuna EMTA-nın öhdəlikləri 993,485 min manat həcmində qiymətləndirilir (azalma 4,4%).
Enerji Məsələlərini Tənzimləmə Agentliyi Prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.
Agentlik Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.**
N.Abbasova