«Kapital Bank» 2020-ci ildə Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə aktivlərini 25,5% - 5 milyard 264,933 milyon manatadək artırıb. Bu barədə bankın auditi aparılmış illik hesabatında deyilir.
1 yanvar 2021-ci il tarixinə bankın kredit portfeli 2 milyard 61,516 milyon manata (artım 20,9%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 4 milyard 549,343 milyon manat (artım 25,3%) təşkil edir.
2020-ci ilin sonuna “Kapital Bank”ın depozit portfeli 4 milyard 15,298 milyon manat (artım 19,5%) məbləğindədir.
2021-ci il yanvarın 1-nə bankın kapitalı 715,59 milyon manata (artım 26,8%), nizamnamə kapitalı 245,85 milyon manata (artım 8,9%) bərabərdir.
Bank 2020-ci ili 253,836 milyon manat məbləğində xalis mənfəətlə (2019-cu illə müqayisədə artım 29,5%) başa vurub.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).**
Ə.Məmmədov