2021-ci il aprel ayının 30-na Azərbaycanda pul bazasının həcmi 13 milyard 281,6 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-apel aylarında pul bazası 2,1% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
O cümlədən, cari ilin aprel ayında pul bazası 33,4 milyon manat və ya 0,3% azalıb.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.**
Ə.Məmmədov